Müxalifətin mitinqinə icazə verildi

Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının martın 31-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib.

Abzas.net xəbər verir ki, muxalifətin martın 31-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.

Milli Şura və Müsavat Partiyası aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə etiraz olaraq birgə mitinq keçirmək barədə qərar veriblər. Bu mitinqə NİDA Vətəndaş Hərəkatı da qoşulacağını bəyan edib.

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.

15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürüb.