Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb: xeyli sayda insan ölüb və yaralanıb

Nepalın paytaxtı Katmandunun hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, S2-AGU nömrəli təyyarə təyyarə Banqladeşin US-Bangla şirkətinə məxsus olub.

Təyyarənin eniş edərkən enmə zolağına deyil, yaxınlıqda yerləşən futbol meydançasına düşdüyü bildirilir. Nəticədə təyyarə yanmağa başlayıb.

Məlumata görə, qəza zamanı 50 nəfər ölüb. Daha 17 nəfərin xəsarət aldığı bildirilir.

Bildirilir ki, təyyarə 78-dək sərnişin tutumuna malikdir. Qəza zamanı təyyarənin içində 70-ə yaxın sərnişinin olduğu ehtimal edilir.

Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.

Məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə yerində xilasedici qüvvələr işləyir.