“Oskar” mükafatının qalibləri bəlli olub

0

Los Ancelesdə nüfuzlu “Oskar” kinomükafatının 90-cı mərasimi keçirilib. Tədbirdə mükafatın qalibləri müəyyənləşib. 

Abzas.net xəbər verir ki, ən yaxşı film nominasiyasında “The Shape of Water” filmi, ən yaxşı rejissor nominasiyasında isə Guillermo del Toro qalib gəlib.

Ən yaxşı qadın rolu nominasiyasında Frances McDormand (Three Billboards Outside Ebbing, Missouri), ən yaxşı kişi rolu nominasiyasında Gary Oldman (Darkest Hour), ən yaxşı ikinci dərəcədə kişi rolu nominasiyasında Sam Rockwell (Three Billboards Outside Ebbing, Missouri filmi), ən yaxşı ikinci dərəcədə qadın rolu nominasiyasında Allison Janney (I, Tonya) qalib gəlib.

Xarici dildə ən yaxşı film nominasiyasında “A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında “Coco”, ən yaxşı sənədli film “ İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında “Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında “The silent child” mükafata layiq görülüb.

1927-ci ildə təsis edilən və ildə bir dəfə təqdim edilən Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının ilk təqdim etmə mərasimi 1929-cu ildə baş tutub.