Qızılın qiymətində 13 dollara yaxın artım baş verib

Amerika fond bazarında “Dow Jones” indeksi  1,68% – 24 608,98 bəndədək,  “S&P 500” 1,33% – 2 677,67 bəndədək, NASDAQ isə 1,27% – 7 180,56 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,78% – 7 175,64 bəndədək, Almaniya DAX-ı  1,97% – 12 190,94 bəndədək, Fransa CAC-40-ı isə 1,09% – 5 262,56 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,60 dollar bahalaşaraq 1 317,80 dollara, gümüşün unsiyasının qiyməti 0,17 dollar artaraq 16,45 dollara satılıb.