Qoşqar Təhməzli: “Halallıq sertifikatının olması təhlükəsizlik göstəricisi deyil”

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Q.Təhməzli bildirib ki, bu heç də təhlükəsizlik anlamına gəlməməlidir:

“Halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil”.

O bildirib ki, bu cür fikirlər sahibkarlar və əhali arasında çaşqınlıq yaradır:

“Halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır. Hansısa bir sahibkar istənilən quruma müraciət edərək halal sertifikatını almaqla məhsullar istehsal edə bilər. Agentliyimiz halallıq sertifikatını vermək hüququna malik deyil”.