Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kremlin “Skripal işi”nə görə Qərbə cavab tədbirləri eyni olacaq.

XİN rəhbəri Kremlin 60 rus diplomatının ABŞ-dan çıxarılmasına analoji cavab veriləcəyini deyib.

“İnterfax”ın məlumatına görə, Rusiya da öz növbəsində 60 amerikalı diplomatı ərazisindən çıxaracaq. “RT” isə bildirib ki, ölkədən çıxarılacaq ABŞ diplomatlarının sayı 58 nəfərdir. Onlar ölkəni aprelin 5-dək tərk etməlidirlər.

Bununla yanaşı, ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu da bağlayacaq.