Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Martın 12-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yarımadanın bəzi yerlərində yağıntınınintensiv olacağı bildirilir. Şimal-şərq küləyinin əsəcəyi,gündüz güclənəcəyi gözlənir.

Gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 12-də Azərbaycanın əksər rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gecə 2 dərəcə şaxtadan 6 dərəcəyə kimi isti, gündüz 7-14 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təxmin edilir.