Spirtli içki ixracında 44 faiz azalma

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1612,81 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 285,26 min dollar və yaxud 44,34% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 7 757,07 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 1 083,28 min dollar və yaxud 16,23% çoxdur.

Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,53%-lik paya malik olub.