Statistika İdarəsi: 2017-ci ildə paytaxtda 69 minə yaxın iş yeri açılıb

2017-ci ilin yanvar-dekabr aylarında paytaxt üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3881 nəfər artaraq 698900 nəfər olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat verib.

2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.

2017-ci ilin IV rübündə Bakıda 14713 yeni, o cümlədən 14498 daimi iş yerləri açılıb. 2017-ci ilin IV rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artıb.

Ötən il ərzində cəmi 68714 yeni, o cümlədən 67222 daimi iş yerləri açılıb.