Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.