Tatarıstan səhiyyə nazirinin müavini evində ölü tapılıb

Tatarıstan səhiyyə nazirinin müavini Elena Shishmariova evində ölü tapılıb.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib.

Elena-nın intihar etdiyi bildirilir. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb.

Ekspertiza zamanı onun orqanizmindən fenobarbital maddəsinin izi aşkarlanıb. Bu preparatdan epilepsiyaya qarşı istifadə edilir. Buna görə də, Elena-nın intihar etdiyi qənaətinə gəlinib.

Bu səbəbdən də hadisə ilə bağlı cinayət işi açılmayıb.