Türkiyə ordusunun Afrinin 4 km-liyində olduğu bildirilir

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin mərkəzinin 4 km-liyinədək yaxınlaşıb.

“Haberturk”-ün məlumatına görə, rayon mərkəzinə bağlı Şavarighat El Caviz və Melkiye kəndləri terrorçulardan təmizlənib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 49 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3149 terrorçusu məhv edilib. Əməliyyatın 49-cu günündə 49 terrorçu zərərsizləşdirilib.

Afrində 5 bələdiyyə mərkəzi, 124 kənd, 30 strateji mövqe olmaqla 159 bölgə terrorçulardan təmizlənərək nəzarətə götürülüb.