Xədicə İsmayılın anası vəfat edib

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova vəfat edib.

Jurnalist bildirib ki, anası martın 7-dən 8-nə keçən gecə Türkiyənin paytaxtı Ankarada, müalicə olunduğu xəstəxanada vəfat edib.

X.İsmayıl deyib ki, anası artıq 2 aydır ki Türkiyədə müalicə alırdı :

“Limfa vəzilərinin şişlərindən əziyyət çəkirdi. 2018-ci ilin yanvarında Türkiyəyə aparılmışdı, Ankarada müalicə alırdı”.

Jurnalist anasının yanında olmaq məqsədilə ölkədən çıxışına qoyulan qadağanın müvəqqəti aradan götürülməsi üçün ədliyyə qurumuna müraciət etsə də, müsbət cavab ala bilməyib.