“Zeytun Budağı” əməliyyatı: Türkiyə ordusu 8 əsgərini itirib

Martın 1-də Suriyanın Afrin bölgəsində PYD/YPG silahlı qruplaşmalarına qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə ordusuna ağır itkilər verib.

Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 türk əsgəri həlak olub. Daha 13 nəfərin yaralandığı bildirilir.

Döyüş zamanı 23 YPG silahlısının zərərsizləşdirildiyi deyilir. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Yanvarın 20-də Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsinin PYD/YPG və İŞİD terror təşkilatından təmizləmək məqsədilə “Zeytun budağı” əməliyyatı başladığını bəyan edib.