ABŞ Helsinki Komissiyası: “Azərbaycanda seçkilərdə azad seçim olmayıb”

0

ABŞ Helsinki Komissiyası Azerbaycanda keçirilmiş prezident seçkilərini azad olmayan seçki kimi qiymətləndirilib.

Bu barədə qurumun “Twitter” səhifəsində açıqlama verilib.

Bildirilib ki, mətbuat azadlığının olmadığı, siyasi məhbusların olduğu yerdə azad seçki ola bilməz:

“Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində azad seçim olmayıb, mətbuat azadlığı təmin olunmayıb. Ölkədə 100-dən çox siyasi məhbusun olduğu şəraitdə bu seçkilər keçirilib”

Aprelin 11-də 8 namizədin iştirakı ilə Azərbaycanda prezident seçkiləri keçirilib.

MSK-nın açıqladığı son nəticələrə görə, İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Seçkiləri öncədən boykot edən müxalif partiyalar və təşkilatlar seçkinin total saxtakarlıq şəraitində keçdiyini bildirərək, nəticələri tanımadıqlarını bəyan ediblər.