AŞPA-da dinləmə: “Azərbaycanda qüsurlu prezident seçkiləri və davam edən insan haqları böhranı”

24 Apreldə AŞPA-nın yaz sessiyası çərçivəsində Avropa Şurasında Azərbaycanla bağlı dinləmə keçirilib.

Abzas.net xəbər verir ki, bu barədə NİDA Vətəndaş Hərəkatının beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamil məlumat verib.

Dinləmənin mövzusu “Azərbaycanda qüsurlu prezident seçkiləri və davam edən insan haqları böhranı: AŞ vəziyyəti dəyişmək üçün nə etməlidir?” olub.

Tədbirdə çıxış edənlər arasında SMDT sədri Anar Məmmədli, NİDA fəalı Nəcmin Kamil, Alman deputat Frank Schwabe və Hollandiyalı deputat Pieter Omtzigt olub.

Tədbirdə son prezident seçkilərinin qeyri-demokratik mühitdə keçirilməsi, vətəndaş cəmiyyətinə, müstəqil mediya qurumlarına və vəkillərə qarşı basqılar, eləcə də siyasi məhbus məsələsi müzakirə edilib.

Dinləmə zamanı həmçinin AŞPA-nın müstəqil istintaq orqanının Azərbaycan nümayəndələrinin Avropalı deputatları necə korrupsiyaya bulaşdırdığı ilə bağlı son hesabatı haqqında danışılıb. Deputatlar bildirib ki, baş verənlər qəbuledilməzdir və xüsusilə də siyasi məhbuslarla bağlı hesabat yenidən hazırlanmalı və şəffaf səsverməyə çıxarılmalıdır.