Azərbaycanda orta ömür həddi neçədi?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Azərbaycanda orta ömür həddini açıqlayıb.

İSİM-in direktoru Ceyhun Məmmədov bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda açıqlama verib.

C.Məmmədov bildirib ki, Azərbaycanda orta ömür həddi 75.2 ildir.

Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək işlər barədə də məlumat verib:

“Talassemiya Mərkəzində 3100 xəstə müalicə alır. 2017-ci ildə Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb”.

İSİM rəhbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı hər il artmaqda davam edir:

“2017-ci ildə tədarük olunan qanın miqdarı 37 tondan çox olub”.