Bakıda “Trump Tower” yenə yanır [video, foto]

Bakının mərkəzində keçmiş “Trump Tower” binasında yenidən yanğın başlayıb.

Hazırda hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

Xatırladaq ki, bu gün günorta saatlarında burada yanğın baş vermişdi və bir neçə saatdan sonra lokallaşdırılaraq söndürülmüşdü.

***
Bakıda əvvəllər “Tramp Tower” kimi tanınan binada tüstülənmə başlayıb.
 
Binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

Publicerat av Ilkin Gudratov Lördag 28 april 2018