İlham Əliyev Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib

0

Prezident İlham Əliyev Prezident Administrasiyanın rəhbərini ordenlə təltif edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Ramiz Mehdiyevin “Şöhrət” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Ramzi Mehdiyev Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu ordenə layiq görülüb.