İlham Əliyev Şimali Koreyanın XİN rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Şimali Koreyanın xarici işlər naziri ilə görüşüb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yong-ho ilə görüşüb.

İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib.

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yong-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırıb.

Şimali Koreya xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.