Keçmiş birinci ledi Barbara Bush vəfat edib

Keçmiş ABŞ prezidenti George H.W. Bush-un ofisi tərəfindən yayılmış bəyanatda deyilir ki, ABŞ-ın keçmiş birinci ledisi Barbara Bush 92 yaşında vəfat edib:

“Amerika Birləşmiş Ştatlarının keçmiş Birinci Ledisi və ailə savadlılığının yorulmaz təşviqatçısı Barbara Pierce Bush çərşənbə axşamı, 2018-ci il, aprelin 17-də 92 yaşında vəfat edib”.

George H.W. Bush və xanım Bush 73 il evli olublar. Barbara Bush Amerika tarixində birinci ledilikdən başqa həm də prezident anası olmuş iki qadından biridir.

Onun oğlu George W. Bush 2000-ci ildən 2008-ci ilədək iki müddətdə ABŞ prezidenti olub.

Oğlu prezident olmuş digər birinci ledi Abigail Adams-dır. Prezident John Adams-ın xanımı prezident John Quincy Adams-ın anası idi.