Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunlarını təsdiq edib

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi prezident seçkilərinin yekunlarını yoxlayıb və aprelin 17-də onları təsdiq edib.

Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, İlham Əliyev səsvermədə iştirak edən seçicilərin 86,02% səsini yığaraq, seçkilərdə qalib gəlib və növbəti 7 il üçün prezident vəzifəsinə seçilib.

Digər seçici səsləri aşağıdakı şəkildə paylanıb: Zahid Oruc – 3,12%, Sərdar Cəlaloğlu – 3,03%, Qüdrət Həsənquliyev – 3,02%, Hafiz Hacıyev – 1,52%, Araz Əlizadə 1,38%, Fərəc Quliyev – 1,17%, Razi Nurullayev – 0,74%. Seçkilərdə iştirak 74,3% təşkil edib.

Prezident rəsmi olaraq inauqurasiya mərasimindən sonra vəzifəyə başlayacaq.