Novruz Məmmədov islahatçı və peşəkar olmadığına görə təyin olundu – Qubad İbadoğlu

Qubad İbadoğlu

Yeni baş nazirin əvvəlkindən başlıca fərqi Azərbaycan dilində yaxşı danışması və 12 yaş cavan olmasıdır.

Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər.
Novruz Məmmədovun baz nazir postuna təyinatını uğursuz hesab edir və hesab edirəm ki, dövlət başçısı bu təyinatla bir daha göstərdi ki, ölkədə islahatlar aparmağa, çevik və işlək hökümət qurmağa siyasi iradəsi çatmır. Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir. İslahatçı baş nazir ölkədəki dəyişikliklər proqramına malik olmalı və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən, komandaya malik olan müstəqil şəxs olmalıdır. Növruz Məmmədov islahat aparmaq üçün nə təçkilati qabliyyətə, nə təsərrüfatçılıq bacarğına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil.
Bu təyinat həm də əvvəlki siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirilməlidir. Bununla dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və baş nazir postuinun həmişə nominal olacağına fərman verdi.
Hakimiyyətdaxilində qruplaşmaları nəzərə alsaq, Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər. Görünür ki, Artur müəllim getməyə fürsət axtarırmış, Novruz Məmmədovu da ona görə qoyublar ki, baş nazir vəzifəsi boş qalmasın. Düşünürəm ki, qruplar arasındakı mübarizənin qalibi onu bir müddətdən sonra əvəzləyə də bilər.