Qoşulmama Hərəkatı çərçivəsində konfrans başlayıb

Aprelin 3-də Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yüksək səviyyəli məmurlarının görüşü başlayıb.

Konfransa Venesuala xarici işlər nazirinin müavini Ruben Dario Molina rəhbərlik edir.

Konfrans aprelin 4-də davam edəcək.

“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransı aprelin 5-6-da keçiriləcək.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.