Rusiyada vertolyot qəzaya uğrayıb: 6 ölü

Rusiyanın Xabarovsk şəhərində “Mi-8” tipli vertolyotun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

İnsident yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 05.30-da) baş verib.

İlkin məlumata görə, qəza nəticəsində vertolyotun göyərtəsində olan 6 şəxs ölüb. Hadisə yerində yanğın baş verdiyi bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb.