Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Aprelin 3-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı bildirilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı vurğulanır.

Abşeronda gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Aprelin 3-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz olacağı, lakin axşama doğru şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, aprelin 3-ü günün ikinci yarısı qərb bölgəsindən başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.