Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Aprelin 9-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayimləşəcəyi gözlənir.

Gecə 7-9, gündüz 14-19 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi qeyd edilir.

Gecə 4-10, gündüz 15-23, dağlarda gecə 0-5, gündüz, 9-17 dərəcə isti gözlənir.

Naxçıvan Muxtar Respublikasında temperaturun hətta müsbət 26 dərəcəyə yüksələcəyi gözlənir.