Telegram-a görə Moskvada yürüş keçirilir

Aprelin 30-da minlərlə adam Moskvanın mərkəzində nümayişi çıxıb, hökumətin Telegram mobil mesajlaşma əlavəsini bloklamaq cəhdlərinə etiraz edib.

Etirazçılar “(Prezident Vladimir) Putin yalançıdır!” şüarını səsləndiriblər.

Onlar əllərindəki plakatlarda hökuməti Telegram-ı bağlamaq cəhdlərini dayandırmağa çağırıblar.

NALAVNY-YƏ XƏBƏRDARLIQ OLUNUB

Libertarian partiyasının rəhbəri Sergei Boiko etirazçılara rəhbərlik edib. Onlar “İnternetə senzuranı dayandırın!” tələbini irəli sürüblər.

Polis Navalny-ni qısa müddətə saxlayıb, ona xəbərdarlıq edib ki, “toplantının gündəminə uyğun olmayan bəyanat və hərəkətlərdən çəkinsin”. Yürüş hakimiyyətin icazəsilə keçirilib.

Navalny AzadlıqRadiosu-na deyib ki, Moskva meriyası yürüşə icazə verdiyinə görə xoşbəxtdir.

O, jurnalistlərə söyləyib ki, nümayişçiləri mayın 5-nə, Putin-in andiçmə mərasimindən iki gün öncəyə təyin etdiyi etiraza qoşulmağa çağıracaq.

Navalny “O, çar deyil!” adlandırdığı yürüşə icazə almayıb.

Telegram-ı bağlamaq cəhdləri hökumətin narazıları susdurmağa çalışması sarıdan narahatlıqları artırıb. 1999-cu ildən ya prezident, ya da baş nazir postunda olmuş Putin daha altı illiyə ölkə başçısı seçilib.

***

Rusiyada Telegram mobil mesajlaşma əlavəsinin bloklanlanmasına etiraz olaraq aprelin 30-da Moskvada yürüş başlayıb.

Müxalif siyasətçi Aleksei Navalny minlərlə etirazçı arasındadır.

Yürüşü Rusiya Libertarian Partiyası təşkil edir. Partiya Telegram-ın bloklanmasını “milli utanc” adlandırıb.

Partiya vebsaytında bütün iştirakçıları özləriylə Telegram-ın loqosu olan kağız təyyarə gətirmələrini istəyib.

Aprelin 16-da mediaya nəzarət edən dövlət qurumu olan Roskomnadzor Telegram-ın bloklanmasıyla bağlı məhkəmə qərarının icrasına başlayıb. Telegram istifadəçilərin yazışmalarının şifrə kodunu Federal Təhlükəsizlik Xidmətinə (FSB) vermədiyinə görə bu qadağaya məruz qalıb. O vaxtdan Telegram tərəfdarları mənzillərindən, ya da FSB-nin Moskvadakı qərargahına kağız təyyarələr atmaqla etirazlarını bildiriblər.

Telegram istifadəçilərin gizliliyinin qorunmasıyla bağlı narahatlığını əsas gətirib, ancaq qadağaya baxmayaraq əlavənin işləyəcəyini bildirib.

Moskva meriyası yürüşə icazə verməyib.