Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürülüb

Əfqan Muxtarlı

Bu gün jurnalist Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə onun yaxınları feysbukda məlumat yayıblar.

Əfqan Muxtarlı saxlandığı İstintaq Təcridxanasından 16 saylı cəza çəkmə müəssisəsinə köçürülüb.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İddia olunur ki, sərhədi qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Ə.Muxtarlı ittihamları rədd edir, həbsini “siyasi sifariş” adlandırır. Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının da müəllifi idi.