100-cü il – İlber Ortaylı

İlber Ortaylı

28 may 1918-dən bəri Zaqafqaziya Demokratik Federativ Respublikasıdan ayrılan Azərbaycan Demokratik Respublikası Müsavat Partiyasının sədri Məmməd Əmin Rəsulzadə dövlət başçısı olaraq müstəqilliyini elan etdi. Bu respublikanın dəstəkçisi Bakıya girən Qafqaz İslam Ordusu olmuşdur. Millətin kimliyi Türk, dili isə türk dili idi. 1917-ci ildə Rusiyada Çar taxtdan endirildi. Fevralda baş verən bu hadisədən sonra Oktyabr inqilabı ilə Rusiya İmperiyasının istədiyi çörək və sülh hədəfləyən bir dövr daha açıldı. Kütlələrin istəyi asan deyildi. Rusiyanın şərqdəki müharibələri bitmiş kimi, həm də tükənmişdilər. Xüsusilə Çar ordusunun Qafqazdakı məğlubiyyətlərindən sonra bölgədə iqtidar boşluğu yaranmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyasının Brest-Litovskda Almaniya və Türkiyə ilə imzaladığı sülh müqaviləsi ilə Qars 40 illik rus hakimiyyətindən Doğu Beyasızıtla (Ağrı vilayətində yerləşən şəhər) birgə Türkiyə torpaqlarına qatıldı.

ALMANI-DAŞNAKI MƏĞLUB EDƏN ORDUMUZ

Könüllü hərbi korpus olan Qafqaz İslam Ordusu Ənvər paşanın qardaşı Nuru paşanın rəhbərliyi ilə tərxis olunmuş və ya öz istəyi ilə ordudan istefa vermiş zabitlərdən və sıravi əsgərlərdən ibarət idi. Qarşımızdakı ingilislər sanki müharibəyə qatılmayan müşahidəçi qismində idilər. Rus ordusu isə dağınıq vəziyyətdə idi. Bakı nefti üçün bizə qarşı savaşan yeganə ordu sözdə müttəfiqimiz Almaniya idi. 15 Sentyabrda Alman və daşnaq qüvvələrini məğlub edən İslam Ordusu Bakıya daxil oldu. Bakıda və Azərbaycanda Müsavat Partiyası iqtidarda idi.

CÜMHURİYYƏTİN DƏSTƏKÇİSİ ORDU

28 may 1918-dən bəri Zaqafqaziya Demokratik Federativ Respublikasıdan ayrılan Azərbaycan Demokratik Respublikası Müsavat Partiyasının sədri Məmməd Əmin Rəsulzadə dövlət başçısı olaraq müstəqilliyini elan etdi. Bu respublikanın dəstəkçisi Qafqaz İslam Ordusu olmuşdur. Müharibənin sonlarında bir müddətdir irəliləyən türklərin döyüş ruhu yüksək idi. Bununla bərabər Suriyə cəbhəsindəki döyüşlər müharibənin sona yaxınlaşmaq üzrə olduğunu göstərirdi. Yüksələn hərbi ruh isə 1918-ci ilin 31 oktyabrında imzalanan sülh müqaviləsi ilə istər istəməz yerini ruh düşkünlüyünə buraxdı.

KİMLİYİ TÜRK DİLİ TÜRK

Bu Cümhuriyyətin rəhbəri və Müsavat Partiyasının lideri Məmməd Əmin Rəsulzadə 1884-cü ildə doğulmuşdu, 1955-ci ildə Ankarada vəfat etdi və orada dəfn edildi. Azərbaycanın bu dövrdəki bütün gənc ziyalıları kimi o da ədəbi baxımdan Füzuyat axınına yaxın idi. İstanbul türkçəsini mükəmməl yazır və danışırdı. 1918-1920-də 2 il ərzində idarə etdiyi Azərbaycanda universitet qurdu. Həqiqi demokratik və çox partiyalı respublika nümunəsini göstərdi. Latın əlifbasına keçdi. Millətin adı türk, dilin adı türk dili idi. 1905 inqilabında fəal iştirak etmişdi, Stalin ilə dost idi. Ardınca İran inqilabına qatılmış və İran Demokrat Partiyasını qurmuşdu. Xüsusilə Rusiya və İran türklərinin beynəlmiləlci bir siyasi xəttin içində olduqları dövr idi. Saysız əsərlərində Qafqazın problemlərini, Türk ulusçuluğunu və Panturanizmi qələmə almışdı. Doğru bir yanaşma olaraq onun gözündə Panturanizm türk xalqlarının mədəni birliyi və mənəvi yaxınlığı idi. 1922-ci ildə Peterburqdan Finlandiyaya qaçdı. Oynanan ikiüzlü siyasəti başa düşmüşdü. 1938-də Polşada idi. Marşal Pilsudskinin qardaşı qızı Vanda ilə evləndi. Vanda xanım onunla bərabər Türkiyəyə gəldi və burada yaşadı.

MÜASİR TÜRKİYƏ SAVAŞININ BAŞLANĞICI

Azərbaycan bayrağı və siyasi fəaliyyət etibarilə Birinci Dünya müharibəsindən dərhal sonra gələcəyin müasir Türkiyəsinin gerçəkləşdirəcəyi siyasəti və mübarizəni başladan ölkədir. Əlbəttə, şərtlər Müsavat rejiminin yaşamasına imkan vermədi ama bu siyasət müasirlik və sekulyar tərəfləri ilə yeni Türkiyəyə qaçqın olaraq köçdü. Türk xalqlarından bir dənəsi cümhuriyyəti yüz il qabaq qurmuşdur.