100-dən çox əfv müraciəti araşdırılıb

Bu gün, mayın 11-də Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyev “Turan” agentliyinə son iclasda yüzdən çox müraciətə baxıldığını bildiririb.

Onun sözlərinə görə, növbəti həftə bu mərhələdə əfv müraciətlərinə baxılması prosesinin yekunlaşması gözlənilir.

Komissiya bu ilin yanvarından başlayaraq müraciətlərə baxmağa başlayıb. Mətbuatın məlumatına görə, komissiyaya mindən çox müraciət daxil olub. İndiyə kimi həmin müraciətlərin çoxuna baxıldığı deyilir.