ABŞ Venesuela prezidentini narkotik alverində günahlandırır

ABŞ Venesuela prezidenti Nicolas Maduro və hakim sosialist partiyasında ondan sonra ikinci şəxs olan Diosdado Cabello-nu narkotik alverində ittiham edib.

Bu barədə mayın 18-də Reuters agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Maduronu narkotik alverində açıq şəkildə ilk dəfədir ki, günahlandırır.

ABŞ maliyyə nazirliyinin yaydığı bəyanatda deyilir ki, Cabello narkotik alverçilərindən müsadirə etdiyi narkotik maaddələri toplayaraq Venesuela dövlət hava limanından böyük partiya şəklində ixrac edib.

Bəyanatda qeyd edilir ki, o bundan əldə etdiyi gəliri, Maduro və digər şəxslərlə bölüşüb.

Məlumatda o da bildirilir ki, bundan əldə olunan pullar Kosta-Rika və Rusiyada “yuyulub”.

ABŞ-ın maliyyə nazirliyi Cabello, onun həyat yoldaşı və doğma qadaşına qarşı sanksiya tətbiq edib.

Narkotik alverindən başqa onlar reketçilikdə də ittiham olunurlar.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Venesuela hakimiyyətinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

ABŞ və kksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.