AŞPA Sәmәd Seyidovun mandatını dondurur

0

 

Avropa Şurası Parlament Assambleyasının Qaydalar Komitəsi deputatlar Aqramunt, Xucla, Preda və Seyidova qarşı sanksiya tətbiq edib.
Bu barədə AŞPA-da Sosial-Demokrat və Yaşıllar qrupunun rəhbəri Frank Şvab özünün Twitter səhifəsində yazıb.

O qeyd edib ki, Parisdə Komitənin xüsusi iclasında sözügedən şəxslərə qarşı sanksiyalar 2-10 müddətinə tətbiq edilib.

F.Şvab qeyd edib ki, görülmüş tədbirlər barədə rəsmi məlumat mayın 16-da gün ərzində açıqlanacaq.

Turan-ın Səməd Seyidov ilə əlaqə yaratmaq və ondan şərh almaq cəhdləri baş tutmayıb.

Xatırladaq ki, aprelin sonlarında AŞPA-da korrupsiyaya qarşı mübarizəyə dair hesabat deputatlar arasında geniş müzakirə edilib. Sənəddə qeyd olunub ki, Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının və demokratiyanın pozulmasına görə tənqidləri minimuma endirmək məqsədilə avropalı siyasətçilərin ələ alınmasına milyonlarla avro xərcləyir.

Buna nümunə kimi italiyalı deputat Luka Volonteyə 3 mln. ödənildiyi qeyd edilib. Əvəzində isə Volonte almaniyalı deputat Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbuluna mane olub.

Azərbaycan hakimiyyətinin digər lobbiçisi AŞPA-nın keçmiş rəhbəri Pedro Aqramunt olub. O, rüsvayçılıqla vəzifəsindən kənarlaşdırılıb.

Hesabatda Azərbaycan hakimiyyətindən rüşvət alan bir sıra deputatların adları açıqlanıb. Azərbaycan nümayəndə heyəti avropalı deputatların ələ alınmasında, onlara qanunsuz olaraq pul və hədiyyələrin verilməsində ittiham olunub.

Rəsmi Bakı bu ittihamlara aydın cavab verməyərək “ermənipərəst qüvvələr”in Azərbaycana qarşı növbəti kampaniyası adlandırıb

***
Avropa Şurası Parlament Assambleyasının korrupsioner deputatları barәdә sanksiya qәrarı verilib.

Bu barədə Facebook səhifəsində Anar Məmmədli yazıb.

AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib.
Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.