AXCP fəalı həbs edilib

Mayın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakının Nizami rayon şöbəsinin fəalı Rahib Səlimov həbs edilib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumata görə, Nizami rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) Səlimovu 25 sutka inzibati həbsə məhkum edib.

“Əvvəlcə fəalın atası Ədalət Səlimov Nizami rayon Polis İdarəsinə çağırılıb. Atası Rahibə zəng edib. Rahib polisə gələndən sonra atanı azad edib, oğlunu saxlayıblar”, deyə məlumatda qeyd edilir.

Partiyadan bildirilir ki, Rahib Səlimli paylaşdığı son statusunda “xəstə cəbhədaşlarımı azad et, məni tut” kampaniyasını davam etdirib.

“AXCP fəallarına qarşı repressiya davam edir. Sonra da deyirsiniz ki, hakimiyyət bizim tələb və təkliflərimizi eşitmir, bu da nümunə, dünən Feyzullah Seyidov ev dustaqlığına buraxıldı, əvəzində Rahib Səlimli həbs olundu, belə operativliyə bir alqış…”, deyə AXCP-nin yaydığı məlumatda bildirilir.