Azər Qasımlıya 30 sutka həbs cəzası verildi

Bu gün, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.

Bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:

“Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır.”

***

REAL Partiyasının təmsilçisi Azər Qasımlı polisə aparılıb.

Bu haqda partiyanın məlumatında  bildirilir.

Məlumata görə, A.Qasımlı bu gün, mayın 29-da Baş Prokurorluğa çağırılıb. Onun baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olduğu deyilir.

Ancaq A.Qasımlının prokurorluqdan Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilir.

A.Qasımlı mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə keçirilən yürüşün əsas idarəedicilərindən biri olub.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.