Azərbaycan ordusunun daha bir əsgəri şəhid oldu

Azərbaycan ordusunun əsgəri şəhid olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda deyilir ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.