Azərbaycan XİN-i Pashiniana görə xarici jurnalistlərin Xankəndinə getməsinə icazə verdi

Azərbaycan XİN bəzi xarici KİV-in Dağlıq Qarabağa Ermənistanın baş naziri Nikol Paşinyanın brifinqinə getməsinə etiraz etmir.

Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə Ermənistanın yeni baş nazirinin Qarabağa bugünkü səfərini və xarici KİV ilə qarşıdakı görüşünü Turan-a şərh edərkən bildirib.

H.Hacızadənin sözlərinə görə, bəzi beynəlxalq KİV (Assosiated Press, France Press və Financial Times) XİN-ə rəsmi sorğu ilə müraciət edərək Qarabağa səfərə icazə verilməsini xahiş edib.

“İcazə üçün müraciət etməyən digər KİV nümayəndələrinin Qarabağa səfərinə Bakının reaksiyası necə olacaq” sualının cavabında H.Hacıyev deyib ki, məsələ öyrəniləcək və belə hərəkətlərə qiymət veriləcək.