Bakı-Qazax yolunda mikroavtobus qəzası: 13 nəfər yaralandı

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa  marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.