Bakıda sosial evlərin satışı başlayır

Mayın 7-də sosial evlərin satışı başlayır.

Mövcud qaydalara əsasən ilk müraciət edənlər mənzilə sahib ola biləcək. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov facebook səhifəsində yazıb.

İlk olaraq satışa 260 mənzil çıxarılacaq.

ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti- 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq.

Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq. Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Bu orta bazar qiymətindən 35-40 faiz ucuzdur.

Ekspert qeyd edir ki, mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzillərlə müqayisədə aşağı olsa da İqtisadi və Sosial İnkişaf Mərkəzihökumətə sosial mənzillrin qiymətinin ucuzlaşması ilə bağlı təkliflər verib.

“Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artıdığını nəzərə alsaq bu subsidiya üçün maliyyə mənbəsinin tapılması da çətin deyil”, o qeyd edir.