Balaş Qasımov İTV-yə rəhbərlik edəcək

Mayın 11-də İctimai TV Yayım Şurası telekanalın baş direktoru Cəmil Quliyevin istefasını qəbul edib.

C.Quliyev öz müraciətində səhhətilə bağlı problemlərinin olduğunu bildirərək tutduğu vəzifədən azad olunmasını xahiş edib, İTV-nin məlumatında deyilir.

Məlumata görə, Yayım Şurasının iclasında Balaş Qasımov İTV-nin yeni rəhbəri seçilib.

Xatırladaq ki, B.Qasımov uzun illər Rusiyanın “Nə? Harada? Nə vaxt?” proqramının nümayəndəsi olub. Həmçinin bədii və sənədli filmlərə prodüserlik edib.