Bloklanan saytlara necə girmək olar? Bütün üsullar bir arada

www.bypasscensorship.org saytı senzuradan yan keçməyin üsullarını öyrədir.

Azərbaycan, Rusiya, İran, Tacikistan və bir çox başqa ölkələrdə hökumət tənqidi fikirlərə dözümsüzlük göstərir, xoşuna gəlməyən saytları bloklayır.

Hazırda Azərbaycanda bəzi saytlara girmək mümkün deyil.

Amma müasir dünyada İnternet texnologiyaları o qədər inkişaf edib ki, repressiv hökumətlərin müstəqil media ilə bağlı planlarını gerçəkləşdirməsi elə də asan deyil.

Bloklanan saytlara asanlıqla girməyin yolları var.

Rus dilində də versiyası olan www.bypasscensorship.org saytının (Alətlər) bölümündə bloklanan saytlara girmək üçün istifadə edə biləcəyiniz brauzer, proqram və app-lər haqda məlumat və onları yükləmək üçün link yer alır.

“Tor”, “Psiphon”, “Orfox”, “Orbot”, “FreeBrowser”, ‘Lantern’ – bütün bunlar haqda məlumatlar bir səhifədə cəmləşib.

Saytın “Tez-tez verilən suallar” bölümündə isə bu brauzer və app-lərdən istifadənin nə dərəcədə təhlükəsiz, anonim olub-olmadığı haqda məlumat əldə edə bilərsiz.

Məsələn, “Tor‘ Internet istifadəçisinə imkan verir ki, anonimliyinin pozulmasından narahat olmadan istənilən sayta girsin. O cümlədən heç kim sizin bloklanan sayta hansı məkandan giridinizi bilməyəcək.

Orbot” da pulsuz proksi app-idir. Sizin İnternetdə nə etdiyiniz gizli saxlamaq üçün trafikiniz haqda məlumatları şifrələyir. Əgər İnternetə telefondan girirsinizsə, Orbot təhlükəsizliyiniz üçün çox əlverişlidir.

Psiphon-la da bloklanan saytlara girə bilərsiniz. Amma bu proqram sizin İnternetdəki təhlükəsizliyinizi artırmır. Bu, on-line təhlükəsizlik vasitəsi kimi istifadə edilməməlidir.