Deputatların maaşı artırıldı

Azərbaycanda deputatların vəzifə maaşı artırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamı ilə Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları 2250 manatdan 2475 manata qaldırılıb.

Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.