Din xadimlərinin maaşları müəyyənləşib

Ölkənin məscidlərində funksiyalarını yerinə yetirən imamların, imam naibləri (müavinlərinin) və ziyarətgah mütəvəllilərinin alacaqları maddi dəstək müəyyən edilib.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dini Komitənin sədri Mübariz Qurbanlı deyib.

“İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arasında maddi dəstək alacaqlar”, – komitə sədri qeyd edib.

O, maddi vəsait alacaq din xadimlərinin siyahısının da artıq dəqiqləşdiyini nəzərə çatdırıb.

M.Qurbanlı vurğulayıb ki, siyahıya əsasən Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Siyahıda 1000 nəfərdən çox din xadiminin adı var.