“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.

O, ABŞ-da səfərdə olarkən ürək tutmasından dünyasını dəyişib. Nəşi yaxın günlərdə Bakıya gətiriləcək.

Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Əvvəlki məqaləTürkiyə universitetlərinə qəbul olmağın hansı yolları var?
Növbəti məqalədəBaş nazirliyə namizəd Pashinian 8 mayı “qeyri-iş günü” elan edib