Fransanın xarici işlər naziri Azərbaycana gəlir

0

Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın mayın 27-də Azərbaycana səfəri gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Səfər çərçivəsində Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilməlidir.