Lənkəranda AXCP fəalına 30 sutka həbs cəzası verilib

AXCP Lənkəran şöbəsinin fəalı Əflatun Səfərov rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza alıb.

O, İnzibati Xətalar məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub.

Pariyadan verilən məlumata görə, Əflatun Səfərov “Facebook” sosial şəbəkəsində profil şəklinə “Diktator Əliyev” posterini yerləşdirdiyinə görə saxlanılıb.