Londonda Erdoğana hücum edilib

0

Londonda polis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına hücum etməyə çalışan PKK tərəfdarlarına müdaxilə edib.

Müdaxilə zamanı polislərə və avtomobillərə də hücum edən terror qruplaşması tərəfdarlarından bəziləri saxlanılıb.

PKK tərəfdarlarının əllərində qruplaşmanın bayraqları və “Tamam” yazılmış plakatlar diqqət çəkib.