REAL-ın 20-dən çox üzvü polisə çağırılıb

REAL Parytiyasının 20-dən çox fəalı mayın 31-də polisə dəvət edilib.

Bu barədə REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, hazırda, Bakı vaxtı ilə saat 21-də patiyanın fəalalrı Emin Babayev Səbael Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində, Sənan Cəfərov isə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində saxlanılıd.

REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra artıq 4 fəal inzibati qaydada həbs edilib. Onlarınn hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunur.

Rəsmi qurumlar partiya fəallarının polisə dəvət edilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.