Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Mayın 20-də Abşeronda gecə 15-18, gündüz 26-30, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacaq.

Ölkənin bəzi bölgələrində də havanın yağmursuz olcağı bildirilir. Ancaq bir sıra dağlıq, şimal-şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənir.
Gecə 11-19, gündüz 27-33, dağlarda gecə 5-13, gündüz 17-24 dərəcə isti təxmin edilir.