Serj Sarkisian “rəqs inqilabına” qarşı niyə gücdən istifadə etmədi?

Saqqallı, başında beysbol papağı və hərbi köynəkli müxalifət lideri olan Nikol Pashinianın rəhbərliyi ilə Ermənistan paytaxtı Yerevanda on minlərlə etirazçı küçələrə və meydanlara axışaraq ölkədə yeni dövrün başlanğıcını qoyub.

Bu etirazçılar parlamentdə yeni gücləndirilmiş Baş nazir postuna seçilən keçmiş prezident Serj Karkisianın istefasını tələb edirdilər.

İlk günlər polis müəyyən müqavimət göstərsə də, 11 gün sonra cənab Sarkisian istefa verdi. Etirazçılar isə bu xəbəri böyük sevinc və rəqslə qarşıladılar.